Audiovizual Şura "MTV" televiziya kanalını cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, oktyabrın 22-i saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunub:
Həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib: "Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur. Pepperoni pizza
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə oktyabrın 24-də "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir".
Telegram kanalımız