MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa Kolumbiya bayrağı ilə gəldi

saytların hazırlanması

Evə çatdırılma

MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa Kolumbiya bayrağı ilə gəldi

Hadisə

22 May 2021 17:45 1359


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında diqqət çəkib. Belə ki, MTX rəhbərinin köynəyinin qol hissəsində tərsinə tikilən bayraq yerli medianın nəzərindən qaçmayıb. MTX direktorunun qolunda Kolumbiya bayraqının əks olunması sosial şəbəkə və KİV-lərdə müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu məqam erməni mediası tərəfindən gündəmə gətirilib.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının iclasına başlamazdan əvvəl iştirakçıların qeyri-erməni bayrağını görmədikləri, Abazyana heç olmasa onu gizlətməsini tövsiyə etmədikləri qəribədir, yaxud da Abazyanın inadkarlıq gostərib. pizza mizza

Bütün bunlardan sonra heç olmasa baş nazirin rəsmi səhifəsində fotoşəkilləri yayımlamamaq və lağ mövzusuna çevrilməmək mümkün idi. Lakin görünür, baş nazirlik işçiləri də Abazyanın Kolumbiya bayrağı ilə iclasa gəlməsinin fərqinə varmayıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib./Azvision.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!