Müavinət alan çoxuşaqlı qadınların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Müavinət alan çoxuşaqlı qadınların sayı açıqlandı

Sosial

15 Avqust 2025 17:32 244


Hazırda ölkə üzrə beşdən çox uşağı olan 2 861 qadın ümumən 12 791 uşağa görə sosial müavinət alır.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

2025-ci ilin ilk 6 ayında beşdən çox uşağı olan 243 qadına ümumən 1 429 uşağa görə müavinət təyin olunub. Marqarita pizza

"Hazırda hər uşağa görə təyin olunan müavinətin məbləği 140 manat təşkil edir", - məlumata əlavə edilib.

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!