Müavinət və təqaüdlərdə yeni artım gözləntisi:  “Mayın sonu, iyunun əvvəli...”

saytların hazırlanması

Evə çatdırılma

Müavinət və təqaüdlərdə yeni artım gözləntisi: “Mayın sonu, iyunun əvvəli...”

Sosial

21 Aprel 2025 10:47 44172


“Azərbaycanda həmişə belə olur. Yəni maaşlar, təqaüdlər və müavinətlər artanda qiymətlərdə də artımlar müşahidə olunur”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, ölkədə infliyasiya kəskin şəkildə artıb: Dominos pizza

“Azərbaycanda həmişə belə olur. Yəni maaşlar, təqaüdlər və müavinətlər artanda qiymətlərdə də artımlar müşahidə olunur. Amma bu olmadan belə, ölkədə infiliyasiyanın kəskin artdığının rəsmi şəkildə təsdiqi də tapıldı.

Keçən ilə nisbətən bu il ərzaq infiliyasiyası 6 faizi keçib. Əgər normal standartlara uyğun hesablamalar aparılsa, bəlkə də ikirəqəmli ərzaq infiliyasiyası ilə qarşı-qarşıya qaldığımızı görə bilərik”. 

Ekspert bildirib ki, təqaüd və müavinətlərin artımını mayın sonuna doğru görə bilərik:

“Təqaüdlərin və müavinətlərin artımı ilə bağlı qərar onsuz da var. Nazirlər Kabineti təkliflər hazırlayıb. Çox güman ki, bu ay ərzində o təkliflər elan olunacaq. May ayının sonu, iyunun əvvəli ənənəvi olaraq, büdcəyə əlavələr və dəyişikliklər edilməlidir. Yəqin ki, həmin dəyişikliklərə qədər bu təkliflər səsləndiriləcək və büdcə dəyişiklikləri zamanı reallaşdırıla bilər.

Əgər təkliflər səslənərsə, prezidentin fərmanı ilə büdcənin ehtiyat fondu yaxud digər mənbələrdən maliyyələşmə şərti ilə, müavinətlərdə və təqaüdlərdə artım ola bilər”.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən son kollegiya iclasında yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcəyi bildirilib.

Buna qədər son artım 2025-ci ilin yanvar ayında olub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramal
    Evvel deyirdi ilin 3 ayı ərzində artim olacaq müavinət ve təqaüdə indide bilmirlər ne desinler. Milleti kankret dolayiblar veclerine deyil
    1 year ago
  • Resid
    Heçnə demirəm deməyə soz yoxdu valla bidən sizdən xaihşim budurki vetran pulun ləvğ edin onsuzda artirdiginiz məbləğdə utandirci olacaq 5ildi dolmasiz vetranlari siz hormet qoymursuz deyə heç bi dovlət qurumuda özəl qurumda hormet qoymur deyirlər siz neynəmisizki gua əzziyətiniz olsaydi sizə 80 yox çox pul verərdilər. İndi artirsanizda inanmiramki 20 40 manatdan cox ola elədisə ləğv edin o pulu vetranlarda işlərini bilsinlər
    1 year ago
  • Aydan
    O
    1 year ago
  • Ikram kamranli
    Sadəcə iyrənirəm utanmirsiz deyirsiz Prezidentə göndərmişik o qol çəkəndən sora qüvvəyə minəcək arada Ali baş komandanın adından istifadə edirsiz Allah hər şeyi görür söyməyə em bu mənə aid deyil amma bu paylaşımlar edirsiz ardad altdakı rəylərə baxın görün nə yazırlar utanın bu qədər sarımaq dolanmaq olmaz ona görədə mileti dövlətə qarşı qoyursuz Vüqar Bayramov sənədi sözüm heç nə demirəm Allah hər şeyi görür qorx və müsahibə verəndə öz dediyinə bax gör bir şey başa düşər əhsən bu artım olacaq artacaq sözündən başqa heç nə başa dusmey olmur bunu veteran pulu u deyirəm kesin Allaha and olsun bizde bilek yoxsa bu ay bu il gələn il sadəcə utanın və Allahdan qorxun öləndə də rəhmət aparın elə bilməyin varlisiz olmeyeceksiniz esras öləndə. Sora görünür döyülməsinə
    1 year ago
  • Xanlar
    Müavinətlərin artırılması barədə yazdıqlarınız hamısı yalandır.Əhalini barmağınıza dolmasını,yoxsa başqa mövzu tapmırsınız?Vallah ayıbdır.Müavinətlə yaşayanlar ya xəstədir,yada yaşlı insanlardır.Onların heysiyyatına ilə oynamaq Allaha xoş gəlməz,inşallah.
    1 year ago
  • Sevina
    Bu olkede elliller siyahidan cixib. 2023 axirinci defe artim olub. Ondan sonra her bir sey artsada ellil siyahida yoxdu
    1 year ago