Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Sosial

20 Aprel 2025 13:29 24678


Bu il müavinət və təqaüdlərdə növbəti artımlar nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.

Yeni sosial islahat paketi çərçivəsində minimum əməkhaqqının 16 faiz artırılaraq 400 manata, minimum pensiyanın isə 14,3 faiz artımla 320 manata çatdırılması ilə yanaşı, müavinət və təqaüdlərində də artım həyata keçiriləcək. pizza sifarişi

Sosial ödənişlərin artırılması ilə paralel olaraq məşğulluq proqramları genişləndirilir, sosial xidmətlərdə innovativ yanaşmalar tətbiq olunur.

Qeyd edilib ki, bu ilin birinci rübündə 475 min şəxsə ümumilikdə 275 milyon manat məbləğində müavinət, 402 min şəxsə isə 173 milyon manat dəyərində Prezident təqaüdü ödənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Təzəgül
    Minnətdaram
    1 year ago