Mübariz İbrahimovun anasının vəfat etməsilə bağlı xəbər yalan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Mübariz İbrahimovun anasının vəfat etməsilə bağlı xəbər yalan çıxdı

Hadisə

03 İyun 2021 19:30 2081


Sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın vəfat etdiyi barədə məlumat yayılıb.

Mənbəyi bilinməyən xəbərin sosial şəbəkələrdə çoxlarının ciddi adamlar kimi tanıdığı şəslər tərədindən tirajlanması çaşqınlığa səbəb olub.

Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Biləsuvar rayonunun deputatı Bəhruz Məhərrəmovun köməkçisi Nazir Məşədikərimli ilə əlaqə saxlayıb. O saytımıza xəbərin yalan olduğunu bildirib: pizza

“Milli Qəhrəmanın anasının dünyadan köçməsi haqqında informasiya yalandır. Şamama xanım həyatdadır. Artıq bu məsələ araşdırmaya verilib”.

Xatırladaq ki, Mübariz İbrahimovun anasının bundan öncə də ölüm xəbəri yayılmış və təkzib edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!