“Mübariz Mənsimova “vətən xaini” ifadəsi yaraşmır” – Əli Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Mübariz Mənsimova “vətən xaini” ifadəsi yaraşmır” – Əli Əliyev

Siyasət

17 Aprel 2019 17:45 3268


Son günlər "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Məsimov məmurlara qarşı sərt ittihamları ilə gündəmdədir. Mənsimovun səsləndirdiyi fikirlərə YAP-dan da adekvat reaksiya gəldi, onun bu cür çıxışları Azərbaycan dövlətinin imicinə ləkə vurmaq cəhdləri kimi qiymətləndirildi.

Məsələ ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, YAP-ın Mənsimovun çıxışına reaksiyası Azərbaycanda və Azərbaycanla bağlı olan müstəqil iş dünyasına iqtidarın münasibətidir:

“Bunun yanlış olduğunu düşünürəm. Mübariz Mənsimovu ölkə biznesinin vacib fiqurlarından biri hesab edirəm. Baxmayaraq ki, ona Azərbaycanda yaşayıb yaratmağa şərait hüququ tanınmayıb, o şəxs harda olmasından asılı olmayaraq dövlətimizi tərənnüm edir, Azərbaycana yönəlik işlər görür.  pizza sifarişi

O cümlədən Rəsulzadənin, Elçibəyin adına gəmilər istehsal etməklə, azərbaycanlı tələbələrə təqaüd ayırmaqla, sənət adamlarının müalicəsinə yardım göstərməklə və bütün davranışları ilə Azərbaycana bağlılığını hər addımda nümayiş etdirir. Buna görə də Mənsimova “vətən xaini” və ya başqa  bu kimi ifadələr yaraşmır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!