Mübariz Mənsimovdan Oktay Gülalıyevin müalicəsinə dəstək

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovdan Oktay Gülalıyevin müalicəsinə dəstək

Sosial

01 Noyabr 2019 21:51 1183


Bir neçə gün əvvəl Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. Hüquq müdafiəçisinin müalicəsinin davam etdirilməsi üçün sosial şəbəkədə yardım kampaniyasına başlanılmışdı.     

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkədə aparılan dəstək kampaniyasına ilk reaksiya verənlərdən biri də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov olub.  

Mübariz Mənsimov öz feysbuk səhifəsində status yazaraq hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürdüyünü qeyd edib: "Əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!'' /modern.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!