Mübariz Mənsimovla bağlı daha bir xəbər...

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovla bağlı daha bir xəbər...

Kriminal

31 Avqust 2020 07:58 1387


London Məhkəməsinin qərarı ilə Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 20 il ərzində Maltada qorunan aktivləri dondurulur.

"Report"un Malta Today-ə istinadən verdiyi xəbərə görə, söhbət onlarla şirkət və gəmidən gedir.

Həmin şirkətlərdən bəzilərinin adları da məlum olub. Bunlar: Palmali İnternational Holding Company, Palmali İnternational Holding Two, Palmali Logistics, Palocean Shipping, Paloffshore Oil Services, Palriver Shipping, Palsea Shipping, Tampal Trade, Pal Food, Palchem Holding, Palmali Dry Cargo, Palmali Voyager, Caspian Holding, Pal Air, Pal Gas Holdling, Barge Oil Services, GMM Shipping & Trading və GMM Holding şirkətləridir. Sezar pizza

Ümumilikdə isə London Məhkəməsi may ayında M. Mənsimovun dünyadakı aktivlərini dondurub. Mübariz Mənsimovun onları satmaq istəməsi məhkəməyə hörmətsizlik kimi qəbul olunacaq.

Qeyd edək ki, məhkəmə bu qərarı Rusiyanın "Sberbank"ının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!