Mübariz Mənsimovla bağlı son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovla bağlı son xəbər

Dünya

04 Mart 2021 07:05 1553


FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. 

“Yeni Sabah” "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, - prokurorluğun tələbində deyilir. pizza sifarişi

Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!