Mübariz Mənsimov ilə Adnan Oktarı nə bağlayır?   - ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimov ilə Adnan Oktarı nə bağlayır? - ŞOK DETALLAR

Dünya

21 İyun 2020 19:26 4062


Martın 17-də FETÖ ilə işbirliyi səbəbi ilə saxlanılan Mübariz Mənsimovun həbsinin ardından iş adamının günahsız olması və bəraət etməsi üçün çalışan sözçüsü Dr. Seyfullah Türksoy ilə bağlı maraqlı iddia ortaya atılıb.

Yenisabah.az “Haberglobal”a istinadən xəbər verir ki, uzun illərdir fərqli kanallarda yayımlanan “Türksoy ilə İpəkyolu” verilişinin müəllifi olan Türksoy “Youtube” kanalı başda olmaqla, “Facebook” və “İnstagram”dakı canlı yayımlarda müxtəlif hüquqşünas və akademiklərlə təşkil etdiyi verilişlərdə Mənsimovun günahsız olduğunu və təcili sərbəst buraxılmasını dilə gətirib. 

“Haber Alternativ”dən Cəlal Ərən Çəlikin yazdığına görə, Türksoyun sahibi olduğu “İpəkyolu” jurnalı vasitəsilə terror təşkilatı qurmaq və idarə etmək maddəsi ilə həbs olunan Adnan Oktarla əlaqələrinin olması ortaya çıxıb.  pizza mizza

Çəlik yazısında bunları vurğulayıb: "“Türksoy “İpəkyolu” jurnalındakı yazılarında Adnan Oktara mədhiyələr düzürdü. Oktarı jurnalın əsas səhifəsində yer alan bölmədə qonaq kimi qəbul etmək istədiyi, A.Oktarın isə bu jurnalı öz kanalı olan “A9”da reklam edərək Türksoya “Tam bir Osmanlı övladı” deyərək təriflər yağdırdığı və “Bizim uşaqlar da burda yazır elə deyilmi?” deyə yanındakı “kediciklər”lə söhbət etdiyi görüntülər ortaya çıxdı. Daha sonra Türksoy ilə Oktar arasında münasibətlər daha da genişləndi və onlar “A9”da Seyfullah Türksoyun Oktarı bolca təriflədiyi verilişlərə çıxdılar. 

“Xəbəri olmayan QHT nümayəndələri adından müraciət edildi”

Mübariz Mənsimovun sərbəst buraxılması üçün 50 QHT-nin imzası olan və Azərbaycan Respublikasının möhrü vurulan müraciət başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bir sıra aidiyyatı orqanlarına göndərildi. Daha sonra sənəddəki imza və möhürün saxta olduğu aşkarlandı. 

Saxta sənəd ilə müxtəlif QHT-lərin adından yazılan bu müraciətin də təşkilatçılığını Seyfullah Türksoyun etdiyi bildirilir. Bu səbəbdən QHT-lərin baş verən qanunsuzluğu məhkəmə müstəvisinə çıxarmağa hazırlaşdığı ifadə edilir".  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!