Mübariz Mənsimovun tankerində partlayış: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovun tankerində partlayış: Ölənlər var

Kriminal

25 Oktyabr 2020 11:49 3844


Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində partlayış baş verib. 

“Yeni Sabah” xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Qafqaz limanından Rostova yola düşən tankerdə 13 heyət üzvü olub. Onlardan 10-nun həyatını xilas etmək mümkün olub. Partlayış zamanı dənizə atılan 3 nəfərin axtarışları isə davam etdirilir. Onların hamısının rusiyalı olduğu bildirilir.Tankerdə yük olmayıb. Partlayış neft məhsullarının buxarından yaranıb. Hadisəyə səbəb texniki təhlükəsizlik qaydasının pozulması və ya qaynaq işlərinin aparılması göstərilir.  

Qəza yerinə 3 xilasedici gəmi yaxınlaşıb. Dənizə yanacaq axıntısı, həmçinin, göyərtəyə su dolması qeydə alınmayıb. Dördpendirli pizza

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, gəmi “Palmali” şirkətinə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!