Müdafiə naziri azad olunmuş ərazilərə getdi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə naziri azad olunmuş ərazilərə getdi - Fotolar

Hadisə

14 May 2021 10:27 1228


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, şəxsiheyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!