“Müdafiə nazirini mənimlə görüşəndən sonra işdən qovdular“ - Rus zabiti

saytların hazırlanması

Evə çatdırılma

“Müdafiə nazirini mənimlə görüşəndən sonra işdən qovdular“ - Rus zabiti

Rəsmi

25 Noyabr 2021 12:25 1166


"Ermənistanın müdafiə naziri Karapetyan mənimlə görüşəndən 4 gün sonra onu işdən qovdular".

Yenisabah.az xəbər verir ki, bunu Ermənistandakı Rusiyanın "Erebuni" aviabazasının komandiri, polkovnik Aleksandr Petrov deyib.

Komandir əlavə edib: "Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. pizza hut

Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik. Xüsusi olaraq müdafiə naziri Suren Papikyanı da dəvət etdik, amma o, gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!