Müdafiə Nazirliyi daha bir məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Siyasət

16 İyul 2020 13:54 1068


Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Yenisabah.az bildirir ki, Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır:

“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!