Müdafiə Nazirliyi əhaliyə müraciət etdi:   “Oktyabrın 20-24-də…”

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi: “Oktyabrın 20-24-də…”

Siyasət

20 Oktyabr 2025 09:45 284


Azərbaycanda istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının növbəti hissəsi məhv ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-24-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. pizza hut

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, nazirlikdən qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!