Müdafiə Nazirliyi əsgərin şəhid olması ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi əsgərin şəhid olması ilə bağlı məlumat yaydı

Hadisə

25 Mart 2021 18:28 745


Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. pizza

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!