Müdafiə Nazirliyi hərbi maşın kolonları ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi hərbi maşın kolonları ilə bağlı açıqlama yaydı

Rəsmi

01 Avqust 2022 12:36 6523



Azərbaycan Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə paylaşılan hərbi maşın kolonları ilə bağlı videolar haqda açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada vidoalara aydınlıq gətirilib və həmçinin bu görüntüləri yayanlara müraciət edilib. Müraciətdə deyilir:

“Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.

Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.  Sezar pizza

Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.

Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az (https://mod.gov.az/)), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!