Müdafiə Nazirliyi itkin düşən əsgərlərlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi itkin düşən əsgərlərlə bağlı məlumat yaydı

Maraqlı

18 May 2022 17:21 1096


Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarış davam edir”. pizza mizza

Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!