Müdafiə Nazirliyi məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı

Maraqlı

26 Yanvar 2023 18:37 841


Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimi davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ilə yanaşı təlimdə iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər. Dominos pizza

Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!