Müdafiə Nazirliyi məlumat yaydı -   Bütün qoşun növlərində... - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Bütün qoşun növlərində... - Video

Siyasət

14 Oktyabr 2025 10:17 312


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir. Marqarita pizza

Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!