Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Maraqlı

18 Sentyabr 2022 15:25 1639


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyinin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bakı şəhəri və digər rayonlarda keçirilən mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. pizza mizza

Şəhidlər xiyabanlarının ziyarəti zamanı şəhidlərimizin məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Keçirilən yas mərasimlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!