Müdafiə Nazirliyi məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Video

Rəsmi

02 Noyabr 2021 18:12 3709


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təlimində müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrinin praktiki fəaliyyətlərə cəlb olunan bölmələri “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb. Dominos pizza

Döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qrupların müasir texniki vasitələr üzərindən məlumat mübadiləsini aparmaq bacarıqları yoxlanılır.

Təlimdə müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olmaq, komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbul edib tabelikdə olanlara çatdırmasını təmin etmək əsas məqsədlər kimi qarşıya qoyulub.

Komanda-qərargah təlimi noyabrın 6-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!