Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Maraqlı

12 Aprel 2023 12:46 992


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!