Müdafiə Nazirliyi məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Video

Rəsmi

16 May 2024 23:41 2184


Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər. Toyuqlu pizza

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!