Müdafiə Nazirliyi: “Özbəkistanda ABŞ hərbi bazası ola bilməz”

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi: “Özbəkistanda ABŞ hərbi bazası ola bilməz”

Dünya

10 May 2021 20:08 1732


“Özbəkistanın müdafiə doktrinası ölkədə xarici hərbi bazaların yerləşdirilməsini nəzərdə tutmur”.

Yenisabah.az xəbər verir ki, bu, Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik “Wall Street Journal”-ın ABŞ-ın Əfqanıstandan geri çəkilən qoşunlarını Orta Asiya ölkələrində, o cümlədən Özbəkistan və Tacikistanda yerləşdirə biləcəyinə dair məlumatı bu cür şərh edib. Dördpendirli pizza

“Müdafiə sahəsindəki təməl sənədlərdə bu məsələyə aydın və dəqiq cavab var: ölkə ərazilərində xarici hərbi bazalar və obyektlər yerləşdirilə bilməz”, – deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bəyanata görə, bu prinsip Konstitusiyada və xarici siyasət konsepsiyasında yer alıb.

Hərbi qurum Özbəkistanın müdafiə siyasətinin sülhməramlı əməliyyatlara və xaricdəki hərbi münaqişələrə qatılmamaq prinsipinə söykəndiyini də qeyd edib.

2001-2005-ci illərdə ABŞ Özbəkistanın Kaşkadarya bölgəsindəki Xanabad hərbi hava bazasından istifadə edib, lakin daha sonra rəsmi Daşkəndin istəyi ilə ordu Qırğızıstandakı “Manas” hava bazasına köçürülüb.

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması mayın 1-də başlayıb və 11 sentyabrda başa çatmalıdır. Bu, ABŞ və radikal “Taliban” qruplaşması ilə 18 illik müharibədən sonra 2020-ci ildə imzaladığı razılaşma ilə təmin edilir.

Son məlumatlara görə, Əfqanıstanda 2500 amerikalı da daxil olmaqla, 10.000-dən az NATO və tərəfdaşları var. Hərbçilərin missiyası əsasən Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim vermək idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!