Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı

Rəsmi

05 Avqust 2022 11:14 1125


Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb. 

Yenisabah.az xəbər verir ki, məlumatda deyilir:

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Ötən sutka 9 belə hal qeydə alınıb. pizza mizza

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!