Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Hadisə

22 Dekabr 2020 10:18 805


Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!