Müdafiə Nazirliyində toplantı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyində toplantı keçirildi

Siyasət

12 Aprel 2019 16:16 818


Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində bu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb.

Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər. pizza mizza

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!