Müdafiə Nazirliyindən hərbçinin ölümü ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən hərbçinin ölümü ilə bağlı açıqlama

Maraqlı

27 Avqust 2022 10:03 955


Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Toyuqlu pizza

Qeyd edək ki, qəzada həlak olan Vahid Ərəblinski Zaqatalanın Aşağı Tala kəndindəndir. O, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator ordusunun zabiti, general-leytenant olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!