Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına növbəti   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına növbəti XƏBƏRDARLIQ

Maraqlı

25 Noyabr 2022 21:58 1392


Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

"Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. pizza hut

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub.

Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!