Müdafiə Nazirliyindən təxribatı təsdiqləyən faktlar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən təxribatı təsdiqləyən faktlar

Kriminal

14 İyun 2019 00:51 974


MN Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmasını təsdiqləyən fotolar yayıb.

“Yeni Sabah” xəbər verir ki, iyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

Bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər. Pepperoni pizza

“Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədi ilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir”, – nazirlikdən bildirilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!