Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib

Siyasət

11 Aprel 2019 16:54 724


Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır. Pepperoni pizza

“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının cari ilin avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!