Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu

Hadisə

19 Mart 2024 19:03 4381


Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur. pizza hut

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Hərbi Prokurorluqdan təsdiq edilib.

Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!