Müddətli hərbi qulluqçu atalıq məzuniyyətinə gedə bilər? - “Belə məsələlərdə problem yaradılmır”

saytların hazırlanması

Evə çatdırılma

Müddətli hərbi qulluqçu atalıq məzuniyyətinə gedə bilər? - “Belə məsələlərdə problem yaradılmır”

Sosial

12 May 2025 15:37 1149


“Hərbi xidmətdə atalıq məzuniyyəti deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır”.

Bunu "Yeni Sabah"a hərbi ekspert Ramil Məmmədli deyib.

O qeyd edib ki, övladı olan hərbi qulluqçular bu məqsədlə yalnız xidmət müddətində onlara verilən məzuniyyətdən istifadə edə bilər: pizza sifarişi

“Hərbi xidmətdə "atalıq məzuniyyəti" deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır.

Onsuz da ali təhsil almış və xidmət müddəti 12 ayı əhatə edən müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün 6-cı ayın tamamında, 18 aylıq xidməti olanlar üçün isə 9-cu ayın tamamında 15 günlük məzuniyyət nəzərdə tutulur". 

Ekspert vurğulayıb ki, əgər hərbi qulluqçunun birinci dərəcəli ailə üzvləri arasında vəfat edən varsa, fors-major hal kimi 3 günlük məzuniyyət verilir:

“Nənə və babanın vəfatı da istisna hal kimi qəbul edilir. Hərbi qulluqçu 15 günlük məzuniyyətindən istifadə edib-etməməsindən asılı olmayaraq, dəfndə iştirakla bağlı ona 3 günlük məzuniyyət verilir. Bu məsələni aidiyyəti hərbi hissənin komandiri özü həll edir. Ümumiyyətlə, belə məsələlərdə əsgərlər üçün problem yaradılmır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!