Müdirlərin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verildi

saytların hazırlanması

Evə çatdırılma

Müdirlərin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verildi

Sosial

08 Aprel 2025 10:44 156


Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında MÜTDA-nın yerli bölmələri tərəfindən həyata keçirilir. Bu məqsədlə komissiyalar yaradılıb. Sezar pizza

Müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Mövcud vakant yerə birdən çox müraciət olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə üstünlük verilir. Bildiririk ki, tərbiyəçi-müəllimlərinin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə, hər il aprel ayında həyata keçirilməlidir.

İş yerlərini digər regionlardan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinə dəyişmək istəyən şəxslər işə qəbul üzrə müvafiq müsabiqədə iştirak edə bilərlər.

Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müraciətlərinə baxılarkən namizədin intizam tənbeh tədbirinin, rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması, idarəetmə stajı, təhsil səviyyəsi kimi tələblər nəzərə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!