Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb

Dünya

11 Fevral 2025 14:32 259


Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.

Yenisabah.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, hər iki şəxs məktəbdə ağır yaralı halda tapılıb.

Şagird huşsuz vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Müəllimin isə müalicəsi davam edir. Dördpendirli pizza

Hadisə ilə bağlı araşdırmalara başlayan polis, müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini açıqlayıb.

Məlumata görə, müəllim daha əvvəl depressiya səbəbilə işdən müvəqqəti uzaqlaşdırılmış, lakin keçən ilin sonunda yenidən vəzifəsinə qayıtmışdı./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!