Müəllim jurnalisti danladı - “Gündəlik”də etiraz doğurmuş an - Video

saytların hazırlanması

Evə çatdırılma

Müəllim jurnalisti danladı - “Gündəlik”də etiraz doğurmuş an - Video

Şou

15 Mart 2024 13:49 539


İctimai TV-nin “Gündəlik” serialındakı səhnə sosial şəbəkələrdə gündəm olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, sözügedən kadrda jurnalistlə müəllimin dialoqu əks olunub.

Müəllim məktəbə hadisəni işıqlandırmaq istəyən jurnalisti tənqid edib. O, şagirdlər arasında baş verən qovğaların ictimailəşməsində müxbiri ittiham edib. Marqarita pizza

Bu səhnə isə bəzi jurnalistlərin qəzəbinə tuş gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Məktəb/müəllim haqlıdır. Mən inanmıram Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin belə məzumuolsun. Məktəb bazar deyil, “Tarqovı” deyil. Hər jurnalist məktəbdən, müəllimdən yaza bilməz. Hər jurnalist məktəbə, bağçaya gedə bilməz. Adam dəhşətə gəlir: bir şagird vərəqində esse yaza bilməyən kimsə gəlir ki, mən məktəbdən, müəllimin fəaliyyətindən yazacağam. Bunlar xlestakovlardır. Siz jurnalist mətbəxindən çıxmısınızsa, cəmiyyət sizi məktəb mövzusunda, əxlaqi-tərbiyəvi mövzuda yazan jurnalist kimi tanımalı, bəyənməli və qəbul etməlidir. Təhsil müəssisəsinə gedən jurnalistin dizləri əsməlidir ki, ömrünü illərlə məktəbə, uşaqlara həsr etmiş müqəddəs, həm də sizdən 10 dəfə, 20 dəfə əhatəli biliyə malik şəxslə görüşəcəksiniz. Siz , heç olmazsa, azacıq da olsa, pedaqoji sahə ilə tanışsınızmı, məktəb həytının özəlliklərini bilirsinizmi? Bir neçə il bundan qabaq məkgəblərin birində utanc hadisə başvermişdi. Dolanışıq yeri axtarıb özünü jurnalistika sahəsinə dürtən bir “jurnalist”çalışdığı mətbu subyektdə yazmışdı ki, “müəllim zad eləyib”… Bu şəxs indi bir mətbu subyektin idarəedicisidir. Sonra da qalmaqallı yazıları olub və davam edir… Sən kimsən axı , məktəbdən yazırsan, sənin yazının ümumi işimizin xeyrinə 1 qara qəpik faydası varmı? Bir neçə il əvvəl mənim də tanıdığım bir elm ocağına 1 jurnalist gedibmiş Jurnalist təhsili var, yay ox, bilmirdim. Bilirdim ki, hansısa mütəqil mətbu subyektlərin birində çalışır. İndi bu “jurnalist” gedib həmin təhsil ocağının rəhbəri ilə görüş tələb, edib, nail də olub. Narazılıq oluq və həmin journalist özünəmünasib mətbu subyektdə yazı verib və qeys edib ki, həmin müəssisənin rəhbərinə hansı sualları vermək istəyirmiş: 10 qram dayaz savadı olan bir “jurnalist” tonlarla biliklərə sahib elm təşnəsinə elə suallar verib ki, onun yerinə mən utandım. Hamı da susur. Heç kim narahat adam kii tanınmaq istəmir. Heç kim heç kimlə pis olmaq istəmir. Belə olmaz axı. Allah Mirzə Ələkbər Sabirə rəhmət etsin, indi kimdir yazan: Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!.... Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....
    2 years ago