"Düşünürəm ki, mobil telefon olmasaydı, başqa cür olardı. Telefon olsa da ancaq zəng gedib-gələrdi, digər funksiyalar olmazdı".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Gündən-günə" proqramında qonaq olarkən bildirib.
İfaçı gənclərin müasir olmalarından gileylənib: Dördpendirli pizza
"Hərənin bir cür baxışı var. Mən istəyirəm abır, həya, bir az utanma, çəkinmə olsun. Müəllimlərimizi görəndə utanardıq. İndi elə deyil: məktəbdə dava gedir, müəllim uşağı vurur, uşaq müəllimi vurur. Bəlkə, müəllim özünü apara bilmir, nəticə belə olur. Bizim vaxtımızda hər şey başqa idi. İndi dəhşətdir. Bəlkə bizim o vaxtlar ağlımız kəsməyib, başqa cür olmuşuk. İndi çox avropalaşmışıq. Bunu istəmirəm".
Telegram kanalımız