Müəllimələrin saçyoldusu ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Müəllimələrin saçyoldusu ilə bağlı açıqlama

Kriminal

13 Aprel 2019 23:17 1400


Bakıda "British school College"də adı davada hallanan Aidə Əsədova həyat yoldaşı Rəfael Əsədov hadisə barədə açıqlama verib.

O bildirib ki, əslində, baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.

"Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb. Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib", - Rəfael Əsədov bildirib. Toyuqlu pizza

O deyib ki, bu barədə polisə də şikayət ediblər, Amerika səfirliyinə də bildiriblər.

Qeyd edək ki, Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.

Hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College"-də işləyən müəllimələr - 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!