Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

Sosial

24 İyun 2019 09:33 1534


Space Tv-də Amil Xəlilin “Olar? Olmaz!” layihəsində inanılmaz anlar qeydə alınıb. 

“Yeni Sabah” xəbər  verir ki, teleaparıcıya müraciət edən orta məktəb müəlliminin açıqlamaları Amil Xəlillə bərabər vəkili də dəhşətə gətirib. Həyat yoldaşından ayrılan Araz müəllimə məhkəmə 3 uşağa görə 1500 manat aliment kəsib. 500 manat maaş alan müəllimə bu qədər yüksək məbləğdə alimentin kəsilməsinə səbəb isə rəsmi sübut olmadan müəllimin sosial şəbəkədə rəsm çəkib satdığı göstərilib. Xanım 2500 manat tələb etsə də hakimlər 1500 manatla alimenti təsdiq edib. İş o yerə çatıb ki, alimenti ödəyə bilməyən müəllimi elə dərs zamanı tutub həbsxanaya aparırlar. Həbsxanadan çıxandan sonra uşaqlardan utanan Araz müəllim məktəbdən könüllü olaraq ayrılır. 

Məsələ ilə bağlı vəkilin açıqlaması da maraqlı olub. Elvin bəy bu cür halların nəinki öz təcrübəsində heç məhkəmə təcrübəsində də olmadığını vurğulayıb. Həmin anları təqdim edirik: Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!