Müəllimlər axşam 6-dək işləyəcək? - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlər axşam 6-dək işləyəcək? - RƏSMİ CAVAB

Sosial

21 Noyabr 2025 09:33 2173


“Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır: Dominos pizza

“Hazırda “tamştatlı müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük.

İdman müəllimi məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir.

Məsələn, idman müəllimi məktəbdə turnir keçirir. Amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək”.

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!