Müəllimlərə ŞAD XƏBƏR: İpoteka verilməsi ilə bağlı şərtlər dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərə ŞAD XƏBƏR: İpoteka verilməsi ilə bağlı şərtlər dəyişdirildi

Sosial

07 May 2020 16:51 1065


“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla gənc ailənin üzvü olan, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi. Dominos pizza

Eyni zamanda qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!