Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayevin "bəzi müəllimlər "şaftalı" sözünü düz yaza bilmir" etirafı ciddi müzakirələrə səbəb olmuşdu.
Yenisabah.az xəbər verir ki, bu dəfə nazirin "Facebook"dakı paylaşımında qrammatik səhv tapılıb.
Belə ki, Emin Əmrullayevin paylaşımında "səbir" sözünü "səbr" kimi yazması sosial şəbəkə istifadəçilərinin nəzərindən yayınmayıb. Müəllimlərə irad tutan nazirin özünün səhv buraxması birmənalı qarşılanmayıb. Marqarita pizza
Xatırladaq ki, Emin Əmrullayevin cari tədris ilinin başlaması münasibətilə paylaşımda da səhv tapılmışdı. O, Bilik Günü ifadəsini dırnaq içərisində yazmaqla səhvə yol vermişdi.

Telegram kanalımız