Müəllimlərin əməkhaqları artacaq - Mühüm dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin əməkhaqları artacaq - Mühüm dəyişiklik

Sosial

09 Aprel 2025 22:53 3769


Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir.

Prosesin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dəyişiklik müəllimlərin əməkhaqlarının artmasına gətirib çıxaracaq. pizza mizza

Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilir.

Onu da bildirək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!