Müəllimlərin etdiyi  biabırçılıq

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin etdiyi  biabırçılıq

Sosial

17 Sentyabr 2019 08:43 2444


Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə dərsə getdi və təbii ki, onları öz müəllimləri qarşıladı.

Dünən dərsə gedən şagirdlərin bir çoxu gül buketləri də aparmışdılar, sevimli müəllimlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək üçün...

Və həmin buketlər müəllimlərə verildi... Dominos pizza

Amma təəssüf ki, şagirdlərinin gətirdiyi gül buketlərinə ağız büzən müəllimlər də oldu... Və elə bu səbəbədən də hövsələsizlik edib onlara təqdim olunan gül dəstələrini zibil qutularına tulladılar...

Halbuki, ən azı nəzakət xatirinə həmin buketləri evə apara, sonra heç kim görmədən ata bilərdilər... Amma bəziləri bunu etmədilər... Buketləri elə məktəbin yanındakı zibil qutusuna atdılar... Həm də hamının görə biləcəyi şəkildə, nümayişkaranə...

Yəqin ki, bəzi “pedaqoqlar” anlamadılar ki, hər valideyn üçün gül almaq asan məsələ deyil. Ən azı, bunu düşünməli və belə etməməliydilər...

Modern.az-ın məlumatına görə, sosial şəbəkədə paylaşılan bu şəkil müəllimlərin qınağa tuş gəlməsinə səbəb olub, onların adına xoşagəlməz söz gətirib... Təəssüf...

Bütün hallarda güllərin yeri zibil qutusu deyil...

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!