Prezident İlham Əliyev “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliyi təsdiq edib.
“Yeni Sabah” xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib:
1. 24-1-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: Pepperoni pizza
“Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilmir.”.
2. 41-1-ci maddə üzrə:
2.1. 5-ci hissənin beşinci cümləsi çıxarılsın;
2.2. 6-cı hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edir.”.
3. 41-2-ci maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Sağlamlaşdırma planında eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin edilir.”.
Telegram kanalımız