"Muğam oxuyan qızları imkanlı daydaylarla min oyundan çıxarkən gördüm" - Tolik

saytların hazırlanması

Evə çatdırılma

"Muğam oxuyan qızları imkanlı daydaylarla min oyundan çıxarkən gördüm" - Tolik

Şou

27 Fevral 2020 19:15 1827


Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişində aparıcı Tolik yenə qalmaqallı açıqlaması ilə gündəm yaradıb. "Yeni Sabah" xəbər verir ki, aparıcı bu dəfə xanəndə qızlara "ilişib". Tolik bildirib ki, estrada müğənnilərimiz xanəndə qızların yanında toya getməlidir. Aparıcı bəzi xanəndə qızların Rusiyada "nə hoqqalardan" çıxdığının şahidi olduğunu deyib: "Mən əlinə qaval alıb oxuyan xanımlar gördüm ki, estradamızın ən populyar müğənnilərinin çıxmadığı oyundan onlar Rusiyada çıxırlar. Mən bunu gördüm, imkanlı daydaylarla... Düzdür, hamısına şamil etmirəm bunu. Ondan sonra mən əlimi dişlədim, dedim "Kül sənin başına, ay Tolik. Sən heç nə bilmirmişsən ki, nələr var".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!