Müğənni 10-cu dəfə əməliyyat olacaq - SƏBƏBİ

saytların hazırlanması

Evə çatdırılma

Müğənni 10-cu dəfə əməliyyat olacaq - SƏBƏBİ

Şou

29 Oktyabr 2024 16:46 626


Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç 10-cu dəfə burnundan əməliyyat olunacaq.

M.Dalkılıç burnundakı narahatlığa görə bütün konsertlərini ləğv edib.

Yenisabah.az xəbər verir ki, 41 yaşlı müğənni bu müddət ərzində xüsusi tədbirlərdə çıxış edərkən çəkilən foto və videolarının yayımlanmasına qadağa qoyub. Pepperoni pizza

Özünü Kuşadasındakı yeni hotelinə həsr edən Dalkılıç istirahət mərkəzindəki evindən belə çölə çıxmır. Təcrid həyatı yaşayan müğənninin fevral ayında keçirəcəyi əməliyyatdan sonra bir daha burnu üçün əməliyyat masasına yatmayacağı deyilir.

Qeyd edək ki, M.Dalkılıç daha öncə də bu barədə açıqlama vermişdi. O, illər öncə ilk dəfə ibtidai sinifdə oxuyarkən burnundan əməliyyat olunduğunu açıqlamışdı. Müğənni buna səbəb kimi burun sümüklərinin deformasiyalı olmasını və həkimin ilk əməliyyat zamanı sümüklərlə yanaşı qığırdaqlarını da götürdüyünü bildirmişdi./Sfera.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!