Müğənni: “Avroviziyada da tapşırıq keçir”

saytların hazırlanması

Evə çatdırılma

Müğənni: “Avroviziyada da tapşırıq keçir”

Şou

23 Sentyabr 2024 12:43 332


Avroviziya beynəlxalq mahnı müsabiqəsində də tapşırıq keçir.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu müğənni Elnur Məmmədov “İncə səhər” verilişində deyib.

O bildirib: ““Avroviziya” beynəxalq mahnı müsabiqəsini heç sevmirəm. Tanınmış və öz dövlətindən özünü düzgün şəkildə doğruldan bir insanın hansısa bir yarışmaya qatılmasına qarşıyam. Bu, mənim heç sevmədiyim bir məsələdir. Hətta elə olub ki, məşhur şəxslərdən biri Avroviziyada iştirak, amma orada özünü urvatsız etdi. pizza mizza

O fikirlə razıyam ki, hər bir yerdə tapşırıqla sən birinci ola bilərsən. Birinciliyə layiq olanı seçsək də, görürük ki, ona həmin dəyəri vermirlər.

Bu il ölkəmizi Fəxri İsmayılov və İlkin Dövlətov təmsil etdilər. Onlar çox mükəmməl mahnı, perfomans göstərdilər. Lakin seçilmədilər. Bundan sonra əmin oldum ki, bu müsabiqədə də tapşırıq var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!